Hörmətli Tələbə!www.studentcard.az saytı məhz sizin üçün yaradılıb ...
“Bank of Baku” hər zaman təhsil sahəsinə xüsusi diqqət ayırmışdır. Bank, filial şəbəkəsi ilə təmsil olunduğu bölgələrdə hardasa bütün təhsil olacaqları ilə, o cümlədən ali və orta təhsil məktəbləri ilə sıx əlaqələr yaratmışdır.
Təhsil ocaqlarının qüruru sayılan tələbələr də Bankın diqqətindən kənarda qalmamışdılar.
Ali məktəbə daxil olarkən yüksək bal toplamış və akademik borclarını lazımınca ödəyən tələbələr “Bank of Baku”nun təqdim etdiyi bu imkandan yararlana biləcəklər.
Kartı əldə etməklə aşağıdakı güzəştləri əldə edirsiz:
- Dünya miqyasında qəbul edilən kredit kartı,
- Kredit xətti,
- Kitab mağazalarında endirimlər,
- Kompüter və telefon mağazalarında mallara endirimlər,
- Tələbə kafe və restoranlarında endirimlər,
- Seminarlarda ödənişsiz və ya güzəştli şərtlərlə iştirak,
- Krediti vaxtında ödəyən tələbələr üçün bankda təcrübə imkanı və s.
Bundan başqa Sizlərə maraqlı gələ biləcək digər xidmət və məhsullar barədə bizə
təkliflərinizi göndərə bilərsiniz.